Magistralın tikintisinə etiraz edən ekoloqlar yolun ortasına divar çəkdilərbackend

Magistralın tikintisinə etiraz edən ekoloqlar yolun ortasına divar çəkdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın cənubundakı Tuluza və Kastr şəhərlərini birləşdirəcək avtomobil yolunun tikintisinə qarşı çıxan ekoloqlar yolun ortasına divar hörüb.

NOCOMMENT.az xəbər verir ki, minlərlə nümayişçi Tuluza və Kastr şəhərlərini birləşdirəcək magistral yola qarşı toplaşıb.

Tarn əyalətinin Saix şəhərində başlayan nümayiş çərçivəsində etirazçıların təxminən 12 kilometr məsafəni piyada getməsi gözlənilir.

Nümayişçilər arasında deputatlar Anne Stambach-Terrenoir və Sandrine Rousseau kimi müxalifət siyasətçiləri də var.

Təşkilatçılar yazılı açıqlamada magistral yolun tikintisi çərçivəsində 53 kilometr bitumun töküləcəyini və bunun kənd təsərrüfatına yararlı 400 hektar ərazini məhv edəcəyini iddia edirlər.

NOCOMMENT.AZ