Maksimum bal toplayanlar oğlanların – FOTOSUbackend

Maksimum bal toplayanlar oğlanların – FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

NOCOMMENT.az xəbər verir ki,  imtahan iştirakçıları arasında 2 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Onlar Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənli və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Muhammedali Əhməd oğlu Qurbanovdur.
Məlumat üçün bildirək ki, A. Həsənli həm də (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında da maksimal 300 bal toplamışdı.
Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.
Xatırladaq ki, martın 9-da keçirilən imtahandan dərhal sonra sosial şəbəkələrdə sualların həddindən artıq çətin olması ilə bağlı geniş müzakirələr başlamışdı./Qafqazinfo/
BakuPostBakuPost