Maniya Dönəmi və Depressiv Epizodlar – Həkim psixiatr Zaur Qasımovbackend

Maniya Dönəmi və Depressiv Epizodlar – Həkim psixiatr Zaur Qasımov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim psixiatr Zaur Qasımov bipolyar affektiv pozuntular haqqında danışıb.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bipolyar affektiv pozuntular nədir? sualına cavab verib.

Psixiatr Zaur Qasımov_vəsvəsə nədir

O qeyd edib ki, bipolyar affektiv pozuntular adından göründüyü kimi maniya dönəmindən və depressiv epizoddan təşkil olunur. Maniya fazasındakı xəstələrdə səbəbsiz olaraq əhval-ruhiyyənin, beyində fikirlərin artması, qərarsızlıq, ətrafdakı qıcıqlara qarşı dözümsüzlük, tez əsəbiləşmə kimi narahatlıqlar müşahidə olunur:

“Belə insanlarda eyni zamanda yuxu problemi olur, özlərini daha çox enerjili hiss etmiş olurlar. Maniya xəstələri çox halda kontrol altına alına bilmirlər. Özlərini güclü, enerjili hiss edirlər, kontrol altına ala bilmədikləri üçün özlərinə, ətrafdakılara narahatlıqlar yaratmağa başlayırlar. Manik dönəmin təyin olunması üçün ən azı bu dövrün dörd gündən-bir həftəyə kimi davam etməsi götürülür. Və hər hansı digər bir xəstəliklə izah oluna bilmir. Maniya dönəmində insanların çox vaxt alış-verişlərinin artması müşahidə olunur və bu alış-verişlər çox vaxt gərəksiz olub , çoxlu miqdarda pul xərcləyirlər. Eyni zamanda diqqətlərini bir işə tam yönəldə, sonlandıra bilmirlər”.

Psixiatr Zaur Qasımov onu da deyib ki, bipolyar affektiv pozuntunun növbəti fazalarından biri də bayaq qeyd etdiyim kimi, depressiv fazadır.

Depressiv faza necə olur?

“Hər hansı bir səbəb olmadan əhval-ruhiyyənin aşağı olması, üzgünlük halı kimi narahatlıqlar olur. Eyni zamanda bu depresiya fazasında olan xəstələr ətrafdakılara qarşı biganəlik, hərəkətlərində azalma, həvəssizlik olur. Əvvəl gördükləri, həvəslə yanaşdıqları işə bu günkü gündə onlar həvəssiz yanaşırlar. Hər hansı bir işi sona çatdırmaq həvəsləri olmur. Gün ərzində daha çox yuxululuq olur. Yemək yeməmək kimi narahatçılıqları olur.

Bəzi hallarda, xüsusən gənclərdə daha çox yemək yemə halları, yeməklərdə pozulmalar olur. Uşaqlarda rast gəldikdə, böyümələrinə, zaman keçirməklərinə baxmayaraq, bədənlərində kilo artımı olmur. Depresiyanın ən mühüm əlamətlərindən biri də özlərini boşluqda kimi hiss etmələridir. Ətrafdakılar bu insanlara maraqsız gəlir. Əvvəl zövq aldığı şeylərdən bu gün zövq ala bilmirlər”.