Psixi Sağlamlığı Pozulan Şəxs Yoxsa Dəli? – Həkim psixiatr Zaur Qasımovbackend

Psixi Sağlamlığı Pozulan Şəxs Yoxsa Dəli? – Həkim psixiatr Zaur Qasımov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixi Sağlamlığı Pozulan Şəxs Yoxsa Dəli? sualına tanınmış həkim psixiatr Zaur Qasımov aydınlıq gətirir. 

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov öz müsahibəsində bildirir ki, cəmiyyətdə belə ifadələrin işlədilməsi əlbəttə ki, yanlış təsəvvürlər və yanlış yanaşmalardır:

“Cəmiyyətdə bu cür yanaşmalara görə bir sıra insanlar əziyyət çəkir, özündə, ailəsində problemlər yaranır. Belə ki, bu şəxslərin ailələri dağılır, boşanma halları artır, işdən çıxmalar çoxalır və cəmiyyətdən tədric olunma kimi hallara səbəb olur”.

Həkim Psixiatr Zaur Qasımov_10

Həkim psixiatr Zaur Qasımov qeyd edib ki, “Mən psixiatra getməliyəmsə deməli mən dəli olmuşam” düşüncə tərzinə görə bu gün belə hallar cəmiyyətdə böyük fəsadlara gətirib çıxarır. Bunu insanların daha az biliklərə sahib olması, daha az maarifləndirilməsinin nəticəsi kimi də qiymətləndirmək olar:

“Psixiatr “dəli həkimi” yox bir sıra həyəcan pozuntuları, tikləri, davranış pozuntuları,diqqət əksikliyi, nitq problemləri və adını sadalamadığımız bir sıra xəstəliklərin müalicəsi ilə məşğul olur. Hansı ki, bunların hər birində ağıl və zəkası yerində olmuş şəxslərdir. Lakin, həmin şəxslərdə belə hallar var ki, “mənə dəli həkiminə getdi” ifadəsi işlənir deyə psixiatrlara müraciət etməkdən çəkinirlər. Və bunun nəticəsində belə şəxslər iztirab, narahatlıqlarla yaşamağa məcbur olurlar. Belə yanaşma tərzi tamamiylə yanlışdır”.