Afaq Bəşirqızı səhhətindən danışdı: "Bağdayam, müalicələr gedir"

Afaq Bəşirqızı səhhətindən danışdı: "Bağdayam, müalicələr gedir"

Xalq artisti Afaq Bəşirqızı səhhətinin yaxşılaşdığını açıqlayıb.

NOCOMMENT.az-ın xəbərinə görə, aktrisa bildirib ki, əməliyyatdan sonra müalicəsi və reabilitasiya prosesi davam edir:

"Səhhətim yaxşılaşır. Müalicələrim davam edir. Reabilitasiya, bərpa prosesi bir az vaxt aparır”.

Afaq Bəşirqızı hazırda yay aylarını bağ evində keçirdiyini və sağlamlığını bərpa etməyə çalışdığını deyib:

"Bu yay bağ şəraitində səhhətimi bərpa edirəm. Hündür mərtəbələri çıxıb düşə bilsəm də, mənə çox olmaz. Əməliyyatdan sonra özümü qorumalıyam”.

Xalq artisti yeni teatr mövsümünə də hazırlaşdığını bildirib. Onun sözlərinə görə, artıq üç tamaşa üzərində iş gedir:

"Artıq üç tamaşanın məşqləri gedir. Onlardan biri bitib, daha iki tamaşanın məşqi isə başlayacaq”.

Qeyd edək ki, Afaq Bəşirqızı onurğa sütunundan bir neçə dəfə əməliyyat olunub. Xalq artisti onurğa beynində yaranan sıxılma səbəbindən iyunun 4-də növbəti dəfə əməliyyat edilib./Musavat.com/