İyulun 19-da keçiriləcək dünya çempionatının finalında Argentina və İspaniya milliləri üz-üzə gələcək. ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda baş tutacaq həlledici qarşılaşmaya biletlərə böyük tələbat yaranıb.
Məlumata görə, rəsmi satış zamanı biletlərin ilkin qiymətləri kateqoriyalara uyğun olaraq belə müəyyənləşdirilmişdi:
4-cü kateqoriya - təxminən 2 030 dollar
3-cü kateqoriya - təxminən 2 790 dollar
2-ci kateqoriya - təxminən 4 210 dollar
1-ci kateqoriya - təxminən 6 730 dollar
Lakin finala marağın artması ilə, xüsusilə təkrar satış bazarında qiymətlər kəskin bahalaşıb. Hazırda ən ucuz biletlərin qiyməti 7 000-8 000 dollar arasında dəyişir.
Mənbələrin məlumatına görə, rəsmi satış platformalarında bəzi premium biletlərin qiyməti isə 32 970 dollara qədər yüksəlib.











