Dünya dağılmayacaq, ancaq yadplanetlilərlə görüş baş tutacaq.
NOCOMMENT.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Rusiyada yayımlanan “Ekstrasenslərin savaşı” yarışının azərbaycanlı iştirakçısı Məlahət Nəzərova deyib.
Onun sözlərinə görə, dünyanı müharibə və inqilablar bürüyəndə Rusiya “təhlükəsiz ada” olacaq:
“Bütün Sovet İttifaqı ölkələri Rusiyaya sığınacaq. Yaponiya və Almaniya isə Rusiyanın ən etibarlı tərəfdaşı olacaq. Bu il isə yadplanetlilərlə rəsmi görüş baş tutacaq”.
Ekstrasens görüşün Rusiyada keçiriləcəyini əlavə edib.













