Coninin Rusiyadakı konsertinin tarixi dəyişdi

Coninin Rusiyadakı konsertinin tarixi dəyişdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni oktyabrın 21-də Sankt-Peterburqda planlaşdırdığı konsertinin vaxtını və məkanını dəyişib.

NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb. O, konsert proqramının noyabrın 18-də keçiriləcəyini bildirib:

“Bildiyiniz kimi, “Yubileynıy” idman kompleksindəki konsertimizin biletləri tükənib. Qərara gəldik ki, yeganə düzgün həll məkanı daha böyüyü ilə əvəz etməkdir. Burada hamınız rahat olacaqsınız. Konsert noyabrın 18-də “Ledovıy dvoreç”də keçiriləcək. Oktyabrın 21-i üçün planlarını dəyişməli olan hər kəsdən üzr istəyirəm. Əvvəlki tarixə alınan bütün biletlər etibarlıdır”.