Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Kerem Bürsin Bakıya gəlib.
NOCOMMENT.az xəbər verir ki, aktyor ötən gün “Sea Breeze”də olub və Xalq artisti, iş adamı Emin Ağalarovla görüşüb.
Səfər çərçivəsində Kerem Bürsinin şərəfinə “Sea Breeze”də yerləşən “Şöhrət xiyabanı”nda onun adına “ulduz” qoyulub.
Bununla bağlı Emin Ağalarov sosial şəbəkə hesabında paylaşım edərək bildirib:
"Məşhur türk aktyoru, “Sen Çal Kapımı” serialı və digər uğurlu layihələri ilə milyonların sevgisini qazanan Kerem Bürsinlə tanış olmaq fürsəti əldə etdim.Kerem Bürsin “IBA Champions Night” turnirinin xüsusi qonağı kimi “Sea Breeze”ə gəlib. Səfər çərçivəsində onun şərəfinə “Şöhrət xiyabanı”nda “ulduz” qoyuldu".











