Məşhur repçidən açıqlama: "Məni polis saxlamayıb"

Məşhur repçidən açıqlama: "Məni polis saxlamayıb"

Məşhurlara qarşı keçirilən narkotik əməliyyatında adı hallanan “Blok 3” təxəllüslü Hakan Aydın jurnalistlərin suallarını cavablandırıb.

NOCOMMENT.az repçi haqqında yayılan saxlanılma xəbərlərini təkzib edib:

“ "Hakanı apardılar" deyə bir şey yoxdur. Səhv evə gediblər, ora mənim evim deyil. Gedib ifadəmi verəcəyəm”.

Qeyd edək ki, İstanbul İl Jandarma Komutanlığı əməkdaşları tərəfindən 21 may 2026-cı il saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında yerləşən 24 ünvanda, həmçinin Muğlada 1 ünvanda olmaqla ümumilikdə 25 ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı 25 şübhəli barəsində axtarış və saxlanılma tədbirləri həyata keçirilib.

Saxlanılan şəxslərin siyahısında aşağıdakı adlar yer alır:


Serenay Sarıkaya

Berkay Şahin

Tan Taşçı

Yağmur Ünal

Mirgün Cabas

Mabel Matiz

Feyza Civelek

Niran Ünsal

Onur Tuna

Hadisə ilə bağlı araşdırmalar davam edir. /Musavat.com/