Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən struktur islahatları çərçivəsində yeni kadr təyinatları davam edir.
NOCOMMENT.az xəbər verir ki, Universitetin Elmi Şurasının qərarına əsasən, kimya elmləri doktoru Elvira Hüseynova Neft-kimya mühəndisliyi kafedrasının müdiri vəzifəsinə təyin olunub.
Elvira Hüseynova bakalavr, magistratura və doktorantura təhsilini ADNSU-da alıb. O, 2006-cı ildən universitetdə laborant, elmi işçi, assistent, dosent və professor vəzifələrində çalışıb.
Təxminən 20 illik elmi-pedaqoji təcrübəyə malik olan alim neft-kimya texnologiyaları, neft və qaz emalı istiqamətlərində tədqiqatlar aparıb. Eyni zamanda dövlət idarəçiliyi sahəsində aparıcı məsləhətçi-hüquqşünas kimi də fəaliyyət göstərib.
Qeyd edək ki, ADNSU-da həyata keçirilən struktur yenilənməsi çərçivəsində fakültə və kafedraların fəaliyyəti optimallaşdırılıb, universitetdə yeni idarəetmə modeli formalaşdırılır.
Turan
NOCOMMENT.az













