Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Maşın və avadanlıqların əsaslı təmiri işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
NOCOMMENT.az xəbər verir ki, tenderin qalibi “NOKA” MMC olub. Şirkətlə 996.384,92 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “NOKA” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Günel Tahirova Yaşar qızıdır. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 5, mənzil 3 ünvanında yerləşir. (Plat.az)












