Aparıcı Samir Bayramlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
NOCOMMENT.az xəbər verir ki, o, ad çəkmədən bloqerlərdən birinin paylaşımını tənqid edib. Bayramlının sözlərinə görə, həmin şəxs anasının məzarı üzərində reklam xarakterli video çəkərək saat tanıtımı edib.
Tele-aparıcı bildirib ki, bu hadisə bayram günlərindən birində baş verib və onun fikrincə, belə addım etik çərçivələrə uyğun deyil.
"Qəbir üstündə reklam gördüm. Sponsor paylaşımı idi, anasının qəbrinin üstündə çəkilmişdi. Səhv etmirəmsə, ya 8 mart ya da Yeni il ərəfəsində idi. Yəni saatın reklamını anasının qəbrinin üstündə edirdi".
Sözügedən açıqlama qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.
İzləyicilər məsələ ilə bağlı müxtəlif mövqelər sərgiləyərək, sosial şəbəkələrdə reklamın sərhədləri və etik normalar barədə fikir mübadiləsi aparıblar.











