Kreml ilə Kiyev arasında GİZLİ VASİTƏÇİ: Zelenski ilə görüşən rusiyalı milyarder KİMDİR... - FOTO

Kreml ilə Kiyev arasında GİZLİ VASİTƏÇİ: Zelenski ilə görüşən rusiyalı milyarder KİMDİR... - FOTO

Rusiya prezidenti Vladimir Putinin bir müddət əvvəl Kiyevə gedərək Ukrayna lideri Volodimir Zelenski ilə görüşdüyünü bildirdiyi rusiyalı iş adamının kimliyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının (parlament) deputatı Aleksey Qonçarenko məlumat yayıb.

Deputat öz "Telegram" kanalında həmin şəxsin milyarder Roman Abramoviç olduğunu iddia edib.

"Məndə olan məlumata görə, belə bir görüş həqiqətən də baş tutub. Söhbət Roman Abramoviçdən gedir. Məhz o, həmin vaxt Kiyevə gələrək prezidentlə görüşüb və ondan aldığı məlumatı Putinə ötürüb", – deyə ukraynalı deputat qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya biznes dairələrinin bir nümayəndəsinin Kiyevə səfər etdiyini və orada Ukrayna lideri Volodimir Zelenski ilə görüşdüyünü bəyan etsə də, həmin iş adamının adını açıqlamayıb./Musavat.com/

Çelsi Abramoviç dövründəki maliyyə pozuntularına görə 12,44 milyon avro cərimələnib