Bakıda FACİƏ: Maşın piyadanı vurub ÖLDÜRDÜ

Bakıda FACİƏ: Maşın piyadanı vurub ÖLDÜRDÜ

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib.

Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./APA/