Xəstəliyinə görə "Maska"da yaşadığı çətinlikdən danışdı

Xəstəliyinə görə "Maska"da yaşadığı çətinlikdən danışdı

Müğənni Emma Ələkbərzadə "Maska" şousunda yaşadığı çətinlikdən danışıb.

NOCOMMENT.az xəbər verir ki, sənətçi bu haqda "Ötən günlər" verilişində bəhs edib. O bildirib ki, allergik rinitdən əziyyət çəkdiyi üçün maska altında qalmaq ona asan olmayıb:

"Boğazımı rezinlə dartmışdılar. Allergik rinitdən əziyyət çəkirəm. Nəfəs ala bilmirəm. Tez-tez burnuma dərman tökülməlidir. Deyirdim burnuma dərman tökün, deyirdilər, necə? Axırda deşik açmışdım, dərmanı oradan tökürdüm".

E.Ələkbərzadə oğlu Davidin onun şouya qatılmasına münasibətini danışıb:

"Son gün çıxış edəndə David Sevdaya (Əməkdar artist Sevda Ələkbərzadə - red.) dedi ki, xala, Emmadı. Mən də deyirəm, yox mən yoxam. Axırda maska açılanda dedi ki, deyirdim, Emmadı".

Qeyd edək ki, E.Ələkbərzadə şouda Vəzir obrazını yaratmışdı. \axsam.az