Maraqlı oğurluq hadisəsi baş veribbackend

Maraqlı oğurluq hadisəsi baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikada bir nəfər həbsxanaya düşmək üçün bankdan 1 dollar oğurluq edib.

NOCOMMENT xəbər verir ki, ABŞ-nin Yuta ştatında 65 yaşlı bir kişi həbsxanaya düşmək üçün maraqlı pul oğurluğu edib.

Yuta ştatında yerləşən KSL-TV xəbər kanalının xəbərinə görə, oğru banka girdikdən sonra “Bunu etdiyimə görə peşmanam, amma bu soyğundur. Xahiş edirəm mənə 1 dollar verin” deyib və daha sonra kassadan polisə zəng etməsini tələb edib.

Şübhəli polis tərəfindən nəzarətə götürülmək üçün bankda gözləyib.