Ermənistanda Azərbaycan dili tədris oluna bilər

Ermənistanda Azərbaycan dili tədris oluna bilər

Ermənistanda təhsilin 2030-cu ilə qədər inkişafı üzrə Dövlət Proqramı müzakirəyə təqdim edilib.

“NOCOMMENT” xəbər verir ki, Ermənistanın bir çox media ekspertləri layihənin bəzi məqamlarının təhlükəli olduğunu bildirir. Bu baxımdan, onlar ictimaiyyəti layihənin əleyhinə çıxmağa çağırır.

Ekspertlərin fikrincə, layihədə təhlükəli məqamlarda biri kimi orta məktəblərdə rus və ingilis dillərinin əvəzinə türk və Azərbaycan dillərinin icbari fənlər sırasına daxil edilməsinin mümkünlüyünü göstərirlər. Bildirirlər ki, bu dillərin orta məktəbdə, yoxsa universitetlərdə tədris olunacağı barədə hər hansı qeyd yoxdur.

Təhsil standartlarının və proqramların təkmilləşdirilməsi bölməsində deyilir: “Təhsil proqramlarının sistemində qonşu ölkələrin (fars, türk, gürcü, Azərbaycan) dillərinin tədrisi təşkl edilsin”.

Təhsil eksperti Serob Xaçatryan bu məqamı uğursuz adlandırıb. Onun fikrincə, qeyd olunan dillərin rus və ingilis dillərini əvəzləməsi yolverilməzdir.

“Həmin dillər rus və ingilis dillərini necə əvəz edə bilər. Əgər hazırda belə bir şey varsa, bu, qətiyyən qəbuledilməzdir. Bu, ümumi təhsil problemı ola bilməz. Tutaq ki, bizə Azərbaycan, türk, gürcü və ya fars dillərini öyrənən ildə 5-10 nəfər lazımdır, onları məktəblərdə yox dar bir peşə məktəblərində təşkil etmək olar”-.deyə təhsil eksperti bildirib.

Xaçatryanın sözlərinə görə, qonşu ölkələrin dillərinin rus və ingilis dillərini əvəzləməsi o mənada narahatlıq doğurur ki, Ermənistanda məktəblərdə hələ də kurikulumlar çox zəifdir. “Ümumbəşəri təhsil ola bilməz. İstəsələr də, edə bilməzlər, axı bu qədər müəllimi haradan tapacaqlar?” , – deyə ekspert vurğulayıb.

Digər ekspertlər isə Xaçatryanın mövqeyini bölüşmür. Onların fikrincə, Xaçatryan Ermənistanın təhsil sahəsinə cavabdeh olan məmurların hazırlığını və peşəkarlığını aşağı səviyyədə qiymətləndirir ki, bu da yersizdir. “Çünki onlar istəsələr Ermənistanda qonşu ölkələrinin dillərini kütləvi şəkildə tədrisi üçün Türkiyədən və Azərbaycandan mütəxəssislər də gətirə bilərlər”, – deyə onlar bildirib.

(Qaynarinfo)