Mütəxəssislərin araşdırmalarına görə ev heyvanlarının insan sağlamlığına faydasının olduğu ortaya çıxıb. Milli Elmlər Akademıyasının jurnalında dərc olununan məlumatda bildirilib ki, şəhərdə yaşayıb ev heyvanları ilə təmasda olmayan insanların ruh sağlığında bir sıra problemlər yarana bilər.
NOCOMMENT.az xəbər verir ki, Amerika və Almaniya alimləri belə qənaətə gəliblər ki, ev heyvanları saxlamayan insanlar daha çox stressə məruz qalırlar. 20-40 yaş qrupu arasında keçirilən araşdırmada heyvanlarla təmasda olan və olmayan 40 nəfər iştirak edib. Burada insanlara həll edilməsi üçün riyazi məsələlər tapşırılıb. Testdən əvvəl və sonra götürülən qan və tüpürcək nümunələrindən bəlli olub ki, bir qrup insanda stress əlaməti daha artıqdır və bu göstərici təxmini 2 saat sonra azalıb. Ancaq heyvanlarla təmasda olanların analiz nəticələrində bu problemə rast gəlinməyib.
Mütəxəssislərin fikrinə görə gələcəkdə bu yöntəmin istifadəsi bir çox ruhi problemlərin olma riskini azalda bilər.












