İyul ayında Şir və Əqrəb bürcləri böyük maliyyə uğurları qazanacaqlar. Astroloqlar bildirirlər ki, bu iki bürcün nümayəndələri üçün növbəti ay gözlənilməz pul qazancları və yeni inkişaf imkanları ilə yadda qalacaq.
NOCOMMENT.az xəbər verir ki, ulduzların bu düzülüşü hər iki bürcün maddi vəziyyətini yaxşıya doğru dəyişə bilər.
Şir bürcləri üçün iyulun əvvəlindən etibarən imtina edilməsi çətin olan təkliflər gələcək. Bura köhnə borcların qaytarılması, unudulmuş layihələrə görə böyük qonorarlar və ya gözlənilməz miras daxildir. Ekspertlər xüsusilə iyulun ilk on günlüyündə doğulan Şir bürclərinin maksimum uğur qazanacağını qeyd edirlər.
Əqrəb bürcləri üçün isə uduşlar, mükafatlar və daşınmaz əmlakla bağlı uğurlu sövdələşmələr gözlənilir. İyulun 10-11-nə təsadüf edən bütöv ay dövründə ən gözlənilməz mənbələrdən gəlirlər daxil ola bilər. Astroloqlar bəxtin üz döndərməməsi üçün qazanılan gəlirin bir hissəsini yaxınlara hədiyyə etməyi və ya xeyriyyəçiliyə xərcləməyi tövsiyə edirlər.//Demokrat.az












