Heç vaxt eşitmədiyiniz MARAQLI FAKTLAR

Heç vaxt eşitmədiyiniz MARAQLI FAKTLAR

Dünya haqqında dərslərdə belə öyrənmədiyiniz məlumatlar sonsuz saydadır.

NOCOMMENT.az sizi təəccübləndirəcək bəzi məlumatları təqdim edir:

İnsan bilmədiyi bir yerdə sol yerinə sağ tərəfə getməyi seçir

Bir psixologiya professorunun araşdırmasına görə sağ əlini istifadə edən insanlar bilmədiyi bir yolda həmişə sağ tərəfə getməyə üstünlük verirlər. Bu prinsip marketinq hiylələrinə görə əsasən mağazalarda istifadə olunur. Belə ki, məhsullariın qiyməti soldan sağa doğru artaraq düzülür.

Qatar velosipeddən 16 il əvvəl kəşf edilib

“Pufinq Devil” adındakı ilk qatar ingilis ixtiraçısı Riçard Trevitik tərəfindən 1801-ci ildən kəşf olunub. 1817-ci ildə isə alman ixtiraçısı Baron Karl von Drais velosipedin ilk prototipini yaradıb.

Siçanlar qıdılandıqda gülürlər

Elm adamları siçanların da insanlar kimi qıdılandıqda güldüklərini ortaya çıxarıb. Ancaq onlar qorxduğu anda gülə bilmirlər.

Qütb ayılarının kürkü əslində ağ deyil

Bu ayıların dəriləri əslində qaradır və kürklərinin isə piqmenti yoxdur. Çünki qara istini özünə çəkir və onlar islanandan sonra tez quruyurlar.

Bədəndəki yağ ən çox nəfəs verməklə xaric edilir

Avstralyalı fizik Ruben Meerman bir çox araşdırmalardan sonra bildirdii ki, insan nəfəs verdikdə bədəndəki yağı atabilir. O, 10 kq yağın 8 kq karbon diokside çevrildiyini və hava olaraq bədəndən xaric edildiyini sübut edib.

Alis Möcüzələr aləmində yalnızca kitab deyil eyni zamanda bir sindromdur

Bu xəstəlik 1955-ci ildə tam aydın oldu. Bu nevroloji xəstəlikdə insan dünyada hər şeyi tərsinə görür. Böyük obyektlər kiçik, kiçiklər isə insan gözünə nəhəng görünə bilər.

Şokolad bizim daha ağıllı olmağımıza kömək edir

Həkim Franz Messerlinin etdiyi araşdırmalardan aydın olub ki, şokolad insanın ağlını inkişafına təsir edir.

İngiltərədə səhiyyə sahəsində işləyənlərin üzük taxması qadağandır

Üzüyün altındakı mikrobların təmizlənməsi çətin olduğundan səhiyyə işçilərinin üzük taxması düzgün deyildir.

Evlənmək yalnız insanlara aid deyil

Erika Eyfelin soyadı sizcə Eyfel nəsllindən olduğuna görədir? Əlbəttə ki, yox. O 2007-ci ildə Eyfel qülləsi ilə evlənərək nigahı rəsmi şəkildə qeydə aldırıb.

Göbələklərin strukturu bitkilərdən çox heyvanlara yaxındır

Keçirilən dərslərdən bilirsiz ki, göbələklərin bitki dünyasında ayrıca bir kateqoriyası var. Ancaq genetik araşdırmalara görə göbələklərin hüceyrə quruluşları heyvanlara daha yaxındır.

Piramidalar inşa edildiyi vaxtlarda mamontlar ətrafda gəzişirdi

Tüklü mamontların nəsli buz dövründə tükənsə də, bəziləri br adada həyatda qalmağı bacarıb. Onlar təxminən 4000 il – əvvəl Piramidaların tikintisindən bir neçə əsr keçənə qədər orada yaşayıblar.