Nadir rastlanılan pişik gözlü ilan görüntülənib

Nadir rastlanılan pişik gözlü ilan görüntülənib

Türkiyənin Anadolu bölgəsinin nadir tapılan, qoruma altında olan pişik gözlü ilanı ilk dəfə Qəhrəmanmaraşda görüntülənib.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, Aralıq dənizi və Qafqaz bölgələrində yaşayan endemik zəhərli pişik gözlü ilan qorunan nadir növlərdən biridir.

Kiçik gəmiricilər, kərtənkələ və quşlar kimi canlılarla qidalanan pişik gözlü ilanlar yarızəhərli hesab olunur. Bildirilir ki, onların yarıızəhərli olmasının səbəbi zəhər dişlərinin zəhərli ilanlarda olduğu kimi üst çənənin ön hissəsində yox arxa hissəsində yer almasıdır.

Qeyd edək ki, bu növ ilan zəhərinin insanlar və böyük məməlilər sinfi üzərində heç bir təsiri yoxdur. Pişik gözlü ilanların nəslinin davam etməsi üçün görüldüyü zaman öldürülməməsi olduqca əhəmiyyətlidir.