Bəzən dünya bizə qorxunc məkan kimi gəlir. Maddi sıxıntılar, savaşlar, təbii fəlakətlər hər birimizin ortaq qorxularıdır. Ancaq yaşamaq üçün qorxularımıza qalib gəlməyə məcburuq.
NOCOMMENT.az qorxu ilə mübarizə aparmağın yollarını sizə təqdim edir.
Qorxularınızı qəbul edin.
Bədəninizdəki qorxu mərkəzini öyrənin. Bu gərginliyi hiss etdiyiniz orqanınız ola bilər.
Bu orqanı düşünərək nəfəs alın. Beləliklə getdikcə rahatlayacaqsınız və gərginliyi üstünüzdən atacaqsız. Nəfəs verərkən qorxunuzu bədəninizdən atdığınızı düşünün.
Gün içində bol su için. Su gərginliyin, neqativ enerjinin bədəndən atılmasına kömək edir.
Hər zaman özünüzü dəstəkləyin və cəsarətləndirici sözlər deyin. Özünüzün ən yaxın dostu olun.
Qorxu enerjisini fiziki qüvvəylə özünüzdən uzaqlaşdırın. Məsələn, idmanla məşğul ola bilərsiz.
Yarım qalan işlərinizi tamamlayın.
Başqalarından dəstək almağa çəkinməyin. Yalnız qalmamaqda fayda var.
Qorxunuzun səsinə qulaq asın və sizə verəcəyi məlumatları dəyərləndirin.
Qorxarkən belə özünüzü sevin. Çünki sevgi qarşısında qorxu azalır.












