Harvard tibb fakültəsinin araşdırmalarına görə təyyarə enən zaman yatan sərnişinlərin qulaqlarında qalıcı hasar meydana gələ bilər.
Bir çoxları təyyarə enən zaman qulaqlarının dayanmadan ağrıdığından şikayyətlənir.
NOCOMMENT.az xəbər verir ki, bunun əsas səbəbi isə qulaq xaricindəki təzyiqlə, daxildəki təzyiqin eyni olmamasıdır. Təzyiqi sabitləşdirmək üçün eşitmə borusunda kiçik kanal açmaq lazımdır. Bunun üçün udqunmaq və ya əsnəmək kifayyətdir. Hətta bəzi avia şirkətlər bu problemin yaşanmaması üçün enməzdən əvvəl sərnişinlərə saqqız və ya konfet verir.
Mütəxəssislərə görə yuxuda olan zaman təzyiq nizamlanmır və bu da eşitmə borusunun tıxanmasına səbəb olur. Bu borunun uzun müddət tıxanıq qalması ağrıya və ya eşitmə qabiliyyətini itirməklə nəticələnə bilər.
Bu cür problemlərin yaşanmaması üçün nə qədər yuxusuz olsaz da, pilotun eniş anonsunu eşidən kimi oyanmaq lazımdır.











