Marsın qabığının Yer qabığından daha qalın olduğu məlum oldubackend

Marsın qabığının Yer qabığından daha qalın olduğu məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astronomlar Marsda indiyə qədər qeydə alınan ən böyük zəlzələnin köməyi ilə Marsın qabığının Yerin qabığından təxminən 70 faiz daha qalın olduğunu müəyyən ediblər.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Aerokosmik Agentliyinin (NASA) “InSight” eniş aparatının təsbit etdiyi zəlzələdən əldə edilən məlumatları qiymətləndirən elm adamları Marsın qabığının orta hesabla 45 ilə 56 kilometr qalınlığında olduğunu təyin ediblər.

Bu məlumata görə, Marsın qabığının yer qabığından təxminən 70 faiz qalın olduğu açıqlanıb.

NASA “InSight” 2022-ci ilin may ayında Marsda altı saat davam edən 4,7 bal gücündə zəlzələ qeydə alıb. Zəlzələnin Marsın qabığını üç dəfə dövr etdiyi müəyyən edilib.

NOCOMMENT.AZ