Mayın 14-də seçki olacaqmı – bu gün bilinəcəkbackend

Mayın 14-də seçki olacaqmı – bu gün bilinəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə mayın 14-də keçirilməsi gözlənilən 2023-cü ilin prezident seçkiləri bu gün Prezident Ərdoğanın qərarı ilə yekunlaşacaq.

NOCOMMENT xəbər verir ki, Prezident Ərdoğanın konstitusiyaya əsaslanaraq verdiyi qərarla seçki prosesi başlayacaq.

Mayın 14-də seçkiyə gedən seçicilər həm prezidenti, həm də deputatı seçəcəklər.

YSK-nın açıqlayacağı seçki təqvimi bu iki prosesi əhatə edəcək. Mümkün təqvimə görə, YSK prezidentliyə namizədlik ərizələrini martın 21-dən etibarən qəbul edəcək.

Prezidentliyə namizəd siyahılarının aprelin ilk həftəsində YSK tərəfindən dəqiqləşdirilməsi gözlənilir.