“The fast and the furious” (Sürətli və acıqlı) seriyasından olan dünyaca məşhur “Forsaj-9” filminin Azərbaycanda lentə alınan kadrları yayılıb.
NOCOMMENT.az xəbər verir ki, həmin fotolar Bakı Media Mərkəzinin feysbuk hesabında paylaşılıb. Qeyd olunub ki, kadrların lentə alınmasını məşhur “Universal Pictures” studiyası ilə müqavilələri olduğu üçün həyata keçirə biliblər.
Xatırladaq ki, Los-Anceles, Edinburq, Tailand, London və Tbilisidə baş tutan dünya üzrə tanınan bu filmin bir səhnəsi də Azərbaycanda ekranlaşdırılıb.
Vin Dizel, Mişel Rodrigez, Cordana Bruster, Tayres Gibson, Con Sena, Helen Mirren və Şarliz Teron kimi ulduzların rol aldığı “Forsaj” (The fast and the furious) hazırda səkkiz tammetrajlı və iki qısametrajlı filmlərdən ibarətdir. Bu filmlər 2001-2019-cu illərdə istehsal olunub.












