Sumqayıt şəhərində, Heydər Əliyev adına parkın sonunda, 9-cu mikrorayon ərazisində 2016-cı ildə istifadəyə verilmiş S.Rüstəmov adına 3№-li Uşaq İncəsənət Məktəbin önündəki heykəlin skripkasının yayı xeyli vaxtdır “yoxa çıxıb”.
Bu barədə NOCOMMENT.az-a şəhər sakinləri məlumat veriblər.
Şəhər sakinləri bildirir ki, abidənin detalı müammalı şəkildə yoxa çıxsa da, bu günə qədər onun bərpası həyata keçirilməyib.












