Xalq artistinin məzar daşı üçün vəsait nəzərdə tutulmayıb

Xalq artistinin məzar daşı üçün vəsait nəzərdə tutulmayıb

Mərhum xalq artisti  Yalçın Rzazadənin məzar daşı hələ  də hazırlanmayıb. 

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a  xalq artistinin ailəsi  məlumat verib.  Belə ki, ailə  Mədəniyyət  Nazirliyinin bu işə etinasız yanaşdığını bildirib.

Mədəniyyət Nazirliyində İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryam Qafarzadə Unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, xalq artisti Yalçın Rzazadənin məzar daşının hazırlanması üçün Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.

Qeyd edək ki, Y.Rzazadə bu ilin fevral ayının 22-də vəfat edib.