Media eksperti: Bağlanmağa növbəti namizəd Speys TV-dirbackend

Media eksperti: Bağlanmağa növbəti namizəd Speys TV-dir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Televiziya və Radio Şurasının qərarı ilə bu gündən “Lider” TV, “Dalğa” TV, “Mingəçevir TV” və “ARB Ulduz” TV kanalları bağlanıb.

Digər hansı yerli telekanalları bu cür aqibət gözləyə bilər?

NOCOMMENT xəbər verir ki, media eksperti Zeynal Məmmədli modern.az-ın sualını cavablandırıb.

O fikir bildirmədən öncə, telekanalların maliyyə durumunu, idarəetməni, orada çalışanların işdən razı qalıb-qalmadığını aydınlaşdırmaq lazım olduğunu qeyd edib: “Lakin araşdırma aparmadan bu sıraya Speys TV-ni namizəd saymaq olar. Orada çalışan jurnalistlərin də fikirləri bunu söyləməyə əsas verir. Jurnalistlər aylardır əmək haqlarını ala bilmirlər. Yaradıcı mühit baxımından da “Space” TV-də müəyyən problemlər var”.