Medvedev Ukraynada prezident seçkilərinin təxirə salınmasını şərh edibbackend

Medvedev Ukraynada prezident seçkilərinin təxirə salınmasını şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Ali Radasının prezident seçkilərini təxirə salmasına münasibət bildirib. Bu barədə o, Telegram kanalında yazıb.

Medvedevin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (AFU) uğursuz əks-hücum əməliyyatı şəraitində rəqiblərin meydana çıxması hazırkı hakimiyyət üçün təhlükəlidir. Korrupsiya ilə bağlı yeni faktlar da üzə çıxa bilər.

Bundan əvvəl Ukraynanın “Strana.ua” nəşri Ukrayna Ali Radasının müharibə zamanı ölkədə prezident seçkilərinin keçirilməsini ləğv etdiyini yazıb.