Məhərrəm İncənin geri çəkilməsi kimə sərf edir?backend

Məhərrəm İncənin geri çəkilməsi kimə sərf edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə bazar günü keçiriləcək seçkilərə qapanıb. Məhərrəm İncənin son anda prezidentliyə namizədliyini geri götürdüyünü açıqlaması hesabları çaşdırıb.

NOCOMMENT xəbər verir ki, Ölkə Partiyasının sədri Məhərrəm İncə seçkilərə üç gün qalmış prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb. Bir gün əvvəl Millət Alyansının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu sosial mediada İncə ilə bağlı yayılan bəzi iddialarla bağlı açıqlama edərək vurğulayıb ki, bunu edənlər şantajçılardır: “Onları siyasətdən, cəmiyyətdən uzaqlaşdırmaq lazımdır. Halil İbrahim süfrəmiz hər zaman İncəyə açıqdır. Gəlin birlikdə siyasətin içindən bu çirkabları təmizləyək”.

Açıqlamadan bir müddət sonra Kılıçdaroğlu ilə İnce telefonla görüşüb. İncə dünən heyəti ilə görüş keçirib, daha sonra namizədliyindən geri çəkildiyini açıqlayıb.