Mən, atam və oğlum – 30 il sonra Şuşaya qayıdış – VİDEObackend

Mən, atam və oğlum – 30 il sonra Şuşaya qayıdışVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 12:25-də ilk dəfə İctimai TV-nin efirində “Mən, atam və oğlum” sənədli filmi izləyicilərə təqdim olunacaq.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin (Azerbaijan Journalists’ Network) istehsal etdiyi filmdə bir Şuşalı ailənin taleyi, bu illər ərzində onların yaşadıqları acılar, nisgillər və bir gün Şuşaya qayıdacaqları ilə bağlı illər uzunu etdikləri arzuların nəhayət çin olması öz əksini tapıb.
Film Bakıda, məcburi köçkünlərin kompakt olduğu Pirşağıdakı “Lokomotiv” şəhərciyində ailəsi ilə birlikdə yaşayan tar müəllimi Anar Əlizadə haqqındadır. Onun atası Etibar Əlizadə 1992-ci ilədək Şuşada tar müəllimi kimi çalışıb. Şuşa işğal olunanda 5 yaşlı Anar atasının qucağında ailəsi ilə birlikdə Bakıya pənah gətirib.
30 ildən sonra Anar kiçik yaşlı oğlu Məhəmməd və atası ilə Şuşaya qayıdır. Onların səfəri də məhz Novruz bayramına təsadüf edir.
Qeyd edək ki, filmin rejissoru Zəka Quluyev, ssenari müəllifi isə Ayaz Mirzəyevdir.