Mənsum İbrahimovun qardaşı qəza törətdi: ölən və yaralananlar var – FOTObackend

Mənsum İbrahimovun qardaşı qəza törətdi: ölən və yaralananlar var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə ağır yol qəzası olub.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun Qaramahmudlu kəndindən keçən hissəsində baş verib.

Belə ki, 53 yaşlı İbrahimov Zülfiqar İsrafil oğlunun idarə etdiyi “Kia Sorento” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sərnişin 76 yaşlı Rəhimova Məlahət Əli qızı aldığı xəsarətlərdən yerindəcə keçinib. Sürücü və onun xanımı 50 yaşlı S. İbrahimova, oğlu 13 yaşlı Ayxan isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, sürücü Z. İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır. Qəzada ölən M. Rəhimova isə Z. İbrahimovun qayınanasıdır.