Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcəkbackend

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 26-da Bakı şəhəri, Yasamal rayonu, Şixəli Qurbanov küçəsi, 23A ünvanında, avqustun 28-də isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi , 2595 məhəllə ünvanında keçiriləcək.

İqtisadiyyat Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 10 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.