Meqan Markl ögey bacına məhkəmədə qalib gəldibackend

Meqan Markl ögey bacına məhkəmədə qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meqan Markl ögey bacısı Samanta Markla qarşı böhtan iddiasını qazanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.

Hakim Şarlin Hanivell iddianı rədd edib. Çünki Samanta Markl bacısının Oprah Vinfri ilə müsahibəsində və jurnalistlərlə digər söhbətlərində onu böhtan atdığını sübut edə bilməyib. Bu halda hersoginyanın qohumu yenidən iddia qaldıra bilməyəcək.

Samanta Markl Meqan Marklın Oprah Vinfri ilə müsahibəsində tək uşaq olaraq böyüdüyünü söyləməklə ona böhtan atdığını iddia edib. Hersoginiyanın ögey bacısının dediyinə görə, o və Meqan Los-Ancelesdə yaşayarkən kifayət qədər yaxın olublar.

Böhtan işi 2022-ci ilin martında qaldırılıb və hakim Meqan Marklın sadəcə olaraq “uşaqlığı və bacısı ilə münasibətləri haqqında fikirlərini” ifadə etdiyini müəyyən etdikdən sonra 2023-cü ilin martında rədd edilib. Noyabr ayında Samanta Markl işi yenidən məhkəməyə müraciət edib və şahzadə Harrinin həyat yoldaşından 75 min dollar tələb edib.