Merkel Rusiya siyasətinə görə peşman deyilbackend

Merkel Rusiya siyasətinə görə peşman deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın sabiq kansleri Angela Merkel hakimiyyətdə olduğu zaman Rusiya istiqamətində tutduğu siyasi kursa görə peşman deyil.

NOCOMMENT.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Lissabonda jurnalistlərə açıqlamasında bildirib.

Sabiq kansler hökumətinin enerji siyasətinin doğru olduğunu vurğulayıb.

“Bu baxımdan, qərarlarımdan heç də peşman deyiləm, əksinə, o dövrün nöqteyi-nəzərindən bunun doğru olduğuna inanıram”, – Merkel deyib.

Qeyd edək ki, Merkelin Rusiya ilə bağlı mövqeyi bir çox siyasi dairələr tərəfindən tənqidlərə məruz qalıb. O, Almaniyanı Rusiya enerjisindən asılı hala salmaqda ittiham olunur.

Xatırladaq ki, ötən il Almaniyanın qaza olan ehtiyacının 55%-ni Rusiya ödəyib.
Modern