Məşhur aktrisa VƏFAT ETDİbackend

Məşhur aktrisa VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur fransız aktrisa Natali Baye 77 yaşında vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Baye Parisdəki evində vəfat edib. Onun ölümü ilə bağlı ətraflı məlumat verilməyib. Mediaya yalnız o məlum olub ki, aktrisa ömrünün son illərində demensiya xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladaq ki, Natali Baye kino aləmində debütünü 1972-ci ildə “Parisdə qısa görüş” filmində edib. Onun filmoqrafiyasına 110-dan çox film daxildir. O “Bacarırsansa məni tut”, “Lorans”, “Daunton abbatlığı”, “Doberadan Mişu”, “Martin Qerrin qayıdışı”, “Amerika gecəsi” və digər məşhur filmlərdə rol alıb./Publika.az/

Məşhur aktrisa öldü