Məşhur Hollivud aktyoru vəfat etdibackend

Məşhur Hollivud aktyoru vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı aktyor Patrick Muldoon 57 yaşında vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı nüfuzlu Deadline nəşri yayıb.

Bildirilir ki, aktyorun ölümünə səbəb ürək çatışmazlığı olub.

Patrick Muldoon 27 sentyabr 1968-ci ildə ABŞ-ın Los Angeles şəhərində anadan olub. O, xüsusilə Days of Our Lives serialındakı obrazı ilə tanınıb.

Aktyor 1997-ci ildə çəkildiyi Starship Troopers filmində leytenant Zander Barcalow rolunu canlandıraraq daha geniş auditoriyanın diqqətini çəkib. Kult status qazanan bu ekran işi onun karyerasında önəmli yer tutub.

Karyerası boyunca Muldoon müxtəlif janrlarda – dram, melodram, fantastika və döyüş filmlərində olmaqla, 50-dən çox layihədə rol alıb./Unikal/