Məşhur uşaq qidasında siçan zəhəri tapılıb?backend

Məşhur uşaq qidasında siçan zəhəri tapılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hipp” əmtəə nişanlı uşaq qidası bankalarında siçan zəhəri aşkarlanması ilə bağlı yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq qurumdan məlumat verilib.

Qeyd olunub ki, sözügedən uyğunsuzluq faktı Avstriyada qeydə alınıb:

“Məsələ həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən kriminal hal kimi araşdırılır. Belə ki, məhsulların bəzilərində qablaşdırmaya müdaxilə edildiyi ehtimal olunur. Bu da hadisənin istehsal mərhələsində deyil, paylanma və ya pərakəndə satış zəncirində qəsdən törədilmiş təxribat xarakterli olduğunu göstərir.

Bildiririk ki, uyğunsuzluq aşkarlanan məhsul 190 qramlıq qablaşdırmada məhdud sayda istehsal olunub və həmin çəkidə olan məhsullar Azərbaycana idxal edilməyib.

Hazırda digər qablaşdırmada satışı həyata keçirilən məhsullar isə ölkəyə idxal olunarkən, müvafiq şəkildə yoxlandıqdan sonra dövriyyəsinə icazə verilib. Bununla belə məsələnin həssaslığı və mediada yayılmasını nəzərə alaraq Agentliyin müfəttişləri tərəfindən satışda olan həmin məhsullardan təkrar nümunələrin götürülməsi nəzərdə tutulur. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.

08:38

Avstriyada məşhur “Hipp” markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “CBC News” Avstriya polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, Burgenland federal torpağında yerləşən yaşayış məntəqəsində bir alıcı mağazadan şübhəli keyfiyyətə malik tərəvəz püresi alıb. Onun sözlərinə görə, banka artıq açılmış vəziyyətdə olub. Aparılan laborator analizlər nəticəsində bankaların tərkibində siçan zəhəri aşkarlanıb.

Bildirilir ki, həmin bankaların alt hissəsində qırmızı dairə şəklində nişan olub və qapaqlarının qoruyucu plombu zədələnib.

Market rəhbərliyi dərhal bu markaya məxsus məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Xorvatiya və İtaliyadakı 1 500 supermarketdən geri çağırıb.

“Hipp” şirkəti də uşaq qidası bankalarında zəhərli maddənin izlərinin aşkarlandığını təsdiqləyib. İstehsalçı bildirib ki, hadisə Avstriyada “kənar cinayət müdaxiləsi” nəticəsində baş vermiş ola bilər və bu məhsuldan istifadə etməməyə çağırıb./Oxu.Az/