Messi Ronaldoya çatdıbackend

Messi Ronaldoya çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin hücumçusu Lionel Messi dünən Fransa çempionatında növbəti qolunu vurmaqla Avropanın 5 əsas liqasının klublarında rekorda şərik olub.

NOCOMMENT.az xəbər verir ki, bütün klub turnirləri daxil olmaqla 696-cı qolunu vuran Messi Kriştianu Ronaldoya çatıb.

Leo daha bir dəfə fəqlənsə, mütləq rekordçu olacaq. Çünki Ronaldo artıq Avropada oynamır və Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in oyunçusudur.

Lionel Messi: 832 oyun, 696 qol (+297 məhsuldar ötürmə)

Kriştianu Ronaldo: 919 oyun, 696 qol (+197 məhsuldar ötürmə)