“Metropark”ın yanında səki zəbt edildi – İcra Hakimiyyəti sökdürdübackend

“Metropark”ın yanında səki zəbt edildi – İcra Hakimiyyəti sökdürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binası tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılıb.

Geniş müzakirələrə səbəb olan məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti açıqlama yayıb.

İcra Hakimiyyətindən NOCOMMENT.az-a verilən məlumata görə, məsələ ilə bağlı lazımi tədbirlər görülüb:

“Rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır”.