Nərimanov sakinləri Rahatlığın Məkanı Gold MMC-dən şikayətçidilər – VİDEObackend

Nərimanov sakinləri Rahatlığın Məkanı Gold MMC-dən şikayətçidilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Redaksiyamıza Nərimanov rayonu Fətəli Xan Xoyski 138 və 140 a küçəsində yerləşən binanın sakinlərindən maraqlı şikayət daxil olub.

NOCOMMENT.az olaraq sözügedən şikayəti olduğu kimi işıqlandırırıq.

“Salam Hörmətli Redaksiya.

Sizi 1956-cı ildə inşa edilmiş Fətəli Xan Xoyski 138 və 140 a küçəsində yerləşən Şin zavodun istismar müddətini başa vurmuş binalar ilə bağlı narahat edirik.Bildiyiniz kimi bu hər iki bina Fövqaladə Hallar Nazirliyi tərəfindən istismar müddətini başa vurmuş və eləcədə kəskin qəzalı vəziyyətdə olması barəsində akt tərtib edilmişdir. Bu binalar sökülüb yerində mənzillə sakinlər təmin edilməlidir. Dəfələrlə Yerli İcra Hakimiyyəinə, Bakı şəhər icra hakimiyyəti, Nazirlər kabineti, Prezident aparatına şikayətə getmişik və binanın söküntüsü ilə bağlı sərəncam əldə etmişik.Yeni binanın tikintisi ilə öhdəçiliyi öz üzərinə götürən “Rahatlığın Məkanı Gold” MMC rəhbəri Mahir və Azər Rzayev adlı şəxslər günü gündən bizi aldadırlar bu gün sabah deyib dayanıblar.

Rahatlığın Məkanı Gold MMC

Şikayətdə həmçinin bildirilir ki; “binanın ikinci mərtəbəsinin tavanı çöküb, bina ortadan çatlayıb və artıq bir neçə mənzil var ki, onların da tavanları çöküb. Hər dəfəsində Nərimanov rayon icra hakimiyyətinə şikayətə gedirik və İcra Başçısı Elgün Həbibullayev bizi qəbul edir, tikinti rəhbəri Mahiri icra gətizdirir yalandan vədlər verir çıxıb gedir. Prezident seçkilərindən öncə bizə deyildi ki, gedin kart açdırmışam adınıza gedin götürün. Biz də getdik götürdük, seçkilərdən sonra çıxın açarınızı təhfil verin evdəndə çıxmışıq. Lakin nə kirayə pulu verən var, nədə ki, dərdimizlə maraqlanan. Hesabla biz guya bu təhlükə saçan binadan fevral ayında çıxmalı idik. Lakin fevral oldu mart, mart oldu aprel bizi aldadırlar.
Xahiş edirik bunu işiqlandırın millətim belə firildaqçı şirkətlərə aldanmasın”.

“Bizim hesabımıza həmin əraziyə sərəncam alıb. Amma biz ölümlə üz- üzəyik. Yalandan ancaq vədlər verilir. Hətta Nərimanov rayon icra başçısı Elgün müəllim də, MMC-yə məktub göndərib ki, yataqxana sakinləri təcili köçməlidir və orda yaşanan bütün ölüm hadisəsinə görə MMC məsuliyyət daşıyır. Özüm Qarabağ veteranıyam və mənimlə bərabər vətən uğrunda canını qoyan oğullar, şəhid ailəsi yaşayır burda”, – deyə vətəndaş şikayətində bildirilir.

Rahatlığın Məkanı Gold MMC

Vətəndaş şikayəti ilə bağlı “Rahatlığın Məkanı Gold” MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.