MHP-dən Ermənistana reaksiyabackend

MHP-dən Ermənistana reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndində keçirilən qondarma prezident seçkiləri Qarabağda gərginliyi artırıb.

NOCOMMENT.az xəbər verir ki, Ermənistanın bu münasibətinə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından reaksiya gəldi.

MHP-nin sədr müavini İsmail Özdemir Ermənistanın Xankəndinə qarşı təxribatçı münasibətinin bölgədə gərginliyin artmasına səbəb olduğunu deyib.

Özdemir, “Erməni tərəfinin bölgədə erməni terrorçularının qarşısını ala bilməməsi və xüsusilə Xankəndinə qarşı təxribatçı münasibəti Ermənistan tərəfinin razılaşmaya zidd hərəkət etməsinə baxmayaraq, bölgədə gərginliyin artmasına səbəb oldu. Eyni dövrdə Erməni tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdənsə, prosesi dayandırıb və Azərbaycanın haqlı tələblərinə baxmayaraq , “Hindistan və Fransadan aldığı əlavə hərbi texnika ilə regionda yeni hərbi baza qurmağa da başlayıb. Bu mərhələdə Xankəndində keçirilən qondarma seçkilər sülhə qarşı aksiyaların həyata keçirildiyini bir daha ortaya qoydu”.