“Milan”ın hücumçusu “Yuventus” və PSJ ilə oyunları buraxacaqbackend

“Milan”ın hücumçusu “Yuventus” və PSJ ilə oyunları buraxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Milan” klubu itki ilə üzləşib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Samuel Çukvueze zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

24 yaşlı hücumçu oktyabrın 22-də A seriyasında “Yuventus”, həmçinin Çempionlar Liqasının qrup mərhələsində Fransanın PSJ komandası ilə III və IV turun (25 oktyabr və 7 noyabr) matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, nigeriyalı oyunçu yayda İspaniya “Vilyarreal”ından İtaliya təmsilçisinə keçib.