Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTObackend

Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Elxan Zülfüqarovun qardaşı Elman Zülfüqarov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə mərhumun yaxınları xəbər verib.

Elman Zülfüqarov uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib və dializ müalicəsi alıb. O, səhhətində yaranan ağırlaşmalar səbəbindən 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Elman Zülfüqarovun qardaşı Elxan Zülfüqarov 1992-ci ildə Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərin iştirakçısı olub. Onu “Edik” kimi tanıyan ermənilər başına mükafat qoyub. 40-dan çox hərbi əməliyyatda iştirak edib. Qısa müddətdə Elxan Zülfüqarova kapitan rütbəsi verilib və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunub.

Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatları əldə etməyi bacarırdı. 4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilib.

Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!\\yenisabah