Minalarla mübarizə qrupu yaradıldıbackend

Minalarla mübarizə qrupu yaradıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə minalarla mübarizə qrupu yaradıblar.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi belə məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar 3 ölkənin müdafiə nazirlikləri anlaşma memorandumu imzalayıblar.

Qeyd edək ki, Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılması təşəbbüsü 2023-cü ilin avqustunda Türkiyə tərəfindən irəli sürülüb.