Minik avtomobilləri toqquşdu: Xəsarət alanlar varbackend

Minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda avtomobil qəzası zamanı iki nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Hacıqabul-Horadiz magistral yolunun 21-ci kilometrliyində – rayonun Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil “Toyota” markalı maşınla toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1966-cı il təvəllüdlü Abbasova Nailə Rəhim qızı və 1994-cü il təvəllüdlü Abbasova Könül Arzu qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Report