Miqrant qayığı çevrildi: Ölənlər varbackend

Miqrant qayığı çevrildi: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisdə qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Şafaks Asliye Məhkəməsinin sözçüsü Fevzi əl-Məsmudi məlumat verib.

“Gəmidə əksəriyyəti tunisli olan 35 nəfər olub. Onlardan 23-ü xilas edilib, 5 nəfərin cəsədi tapılıb”.

Qayıqda Saharaaltı Afrika ölkələrindən 3 və ya 4 nəfərlik bir ailənin olduğunu qeyd edən Məsmudi itkin düşən 7 nəfərin axtarışlarının davam etdiyini bildirib.

NOCOMMENT.AZ