Mitsotakis: Türkiyə və Yunanıstan yenidən yaxınlaşmaq niyyətindədirbackend

Mitsotakis: Türkiyə və Yunanıstan yenidən yaxınlaşmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğanla görüşün ən mühüm nəticəsi hər iki liderin müsbət perspektivlə yenidən yaxınlaşmaq istəyi olub.

NOCOMMENT.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis Litvanın paytaxtında NATO Sammiti çərçivəsində keçirilən mətbuat konfransında yunan jurnalistlərin suallarını cavablandırarkən deyib.

İkitərəfli görüşün müsbət atmosferdə keçdiyini vurğulayan Miçotakis, “Bu görüş önümüzdəki aylarda həm mənim, həm də prezident Ərdoğanın Türkiyə-Yunanıstan əlaqələrinin bərpası ilə bağlı niyyətlərini, necə hərəkət edəcəyimizi və yol xəritəsini izləyəcəyimizi bir daha ortaya qoydu” ,- dedi.

Yüksək Səviyyəli Əməkdaşlıq Şurası (YDİK) çərçivəsində Salonikidə yenidən görüşməyi planlaşdırdıqlarını xatırladan Mitsotakis sözlərini belə davam etdirdi:

“Bu, Türkiyə ilə bizim aramızda olan mühüm problemlərin sehrli şəkildə həll edildiyi anlamına gəlmir, lakin mən inanıram ki, hər iki lider müsbət perspektivlə yenidən yaxınlaşmağa hazır olduqlarını göstərir və bu, mənim fikrimcə, bugünkü görüşün ən mühüm nəticəsidir. “